OKABER - Məkr

OKABER  -   Məkr
  • Размер: 4.42 MB
  • Длительность: 03:12
  • Качество: 320 kb/s
  • Опубликовано: 2023-06-17 14:34:01
Слушать песню
Скачать песню
Скачать песню OKABER - Məkr в mp3 или слушать онлайн бесплатно
Текст песни
OKABER - Məkr
OKABER- Коварство в телах

Sağ göstərib sol vur,
Şərq göstərib qərb aparıram.
Nə qədər qəlb aparıram,
Bir o qədər də özümü qərib aparıram.
Oxuyur xanəndələr,eşitmirəm,
Eşidirəm daha mən nələr.
Dar məngənədə var bəndələr ki,
Hamısı Çələbi,hamısı Danəndələrdi.
Necə olur həmrəylik?!
Güvəndiyin insanlar sürüyür cəmdəyini.
Kimdə balta,kimdə mişar,kimdə rəndə idi,
Və təkcə büdrəməyinin günahı səndə idi.
Cavab gəlmir axmaqdan,
Kor olmuşuq baxmaqdan.
Soruşun bədbəxtlərdən,
Niyə yuyulmurdu qan ləkələri metlaqlardan.
Hərəkətə qiymət,
Dərə-təpə qeybət,
Bərəkətə hiylə,
Mənə görə siğə elə zinadır,
Yenə öz boyunlarına günahı,
Belə yazmır din axı,
Belə yazmır din ağır.
Bədənlərdə məkr,
Ruhlarda çirkab,gözlərdə intizar tapdım.
Evini itirən başını vurmağa divar tapmır,
Hər gün xəbərlərdə hər cürə intihar tapılır.
Getdim sonsuzluğa,gördüm,görüb gəldim,
Ölüb dirildim,dirilib ölüb gəldim,
Sən çevrəndəki insanları görmürsən,
Mən cəhənnəmin çevrəsini dönüb gəldim.
Kimin əvvəlidir,kimin axırı,
Kimin əvvəli,kimin axırı,
Kimə axırı,kimə əvvəli,
Комментарии
Кликните на изображение чтобы обновить код, если он неразборчив